İt ağladı, adamlar da ona qoşuldular – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İt ağladı, adamlar da ona qoşuldular – FOTOLAR

Böyük Britaniyada dəmir yolunda oturub ağlayan it onu görənləri təəccübləndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yanına bir qab içməli su qoyulan itin gözündə yaş olub. Onun fotosu internetdə bir neçə dəfə paylaşılıb və insanlar "ağlayan" itə yardım etmək istəyiblər.

Sən demə, triyer cinsli itin sahibi onu dəmiryolunda atıb gedib. Bir saatdan çox gözlədikdən sonra sahibinin gəlmədiyini görən it sözün əsl mənasında göz yaşı axıdıb. Axşamadək onun dalınca heç kim gəlmədiyindən it itkin düşmüşlər siyahısına əlavə edilib.

Kai adlı itin başına gəlmiş hadisə Nyu-Yorkdan tutmuş Filippinədək bir çox ölkələrdə maraq doğurub, onu öz himayəsinə götürmək istəyənlərin sayı da çoxalıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm