Polis axtarılan şəxsi soyuducunun içindən tapdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Polis axtarılan şəxsi soyuducunun içindən tapdı - FOTOLAR

Rusiyanın Yekaterinburq şəhərində polislər maraqlı hadisə ilə üzləşiblər.

Publika.az xəbər verir ki, polis bir neçə qarətdə şübhəli bilinən şəxsin izinə düşüb və onun yaşadığı ünvanı müəyyən edib.

Əməliyyat qrupu cinayətkarın mənzilinin qapısını döyüb, lakin qapını açan olmayıb. Qonşular isə şübhəlinin evdə olduğunu və bir qədər əvvəl mənzildən səs gəldiyini deyiblər. Sonda qapını açmağa nail olan polis mənzilə daxil olub. Lakin şübhəli şəxsi tapmayıblar.

Polislərdən biri təsadüfən mətbəxdə olan soyuducunun qapısını açıb. Məlum olub ki, polislərin gəldiyini duyan kimi şübhəli şəxs soyuducuya girərək gizlənib.

Xatırladaq ki, bir müddət əvvəl anoloji hadisə İtaliyada baş vermişdi. Polis Neapol mafiyasının nüfuzlu üzvlərindən birini gizləndiyi yerdən, soyuducudan çıxararaq qandallamışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm