Turistlər üçün ən ucuz şəhərlər - SİYAHI
Bizi izləyin

Bilgi.az

Turistlər üçün ən ucuz şəhərlər - SİYAHI

Avropada istirahət üçün ucuz şəhərlərin siyahısı hazırlanıb.


TripAdvisor şirkətinin apardığı araşdırmaya görə, avronun dəyərinin azalması otellərin və aviabiletlərin də ucuzlaşmasına səbəb olub. Son bir il ərzində Avropa otellərində orta qiymət 9 faiz enib. Bundan əlavə araşdırmalar göstərib ki, fevral ayı Avropa otellərində qalmaq üçün ən münasib vaxtdır. Eyni zamanda o da bildirilir ki, Fransa, İsveç, Norveç kimi ölkələrdə otellərin qiymətlərində elə də ucuzlaşma qeydə alınmayıb.

Reytinqdə ən ucuz şəhər kimi birinci yeri Varşava tutur. Burada otellərin orta qiyməti 47 dollardır. İkinci yerdə 48 dollarla Belqrad, 3-cü 51 dollarla Zaqreb (Xorvatiya), 4-cü 54 dollarla Budapeşt (Macarıstan), 5-ci 61 dollarla Krakov (Polşa), 6-cı 63 dollarla Tenerife (İspaniya), 7-ci 64 dollarla Qranada (İspaniya), 8-ci 64 dollarla Valensiya (İspaniya), 9-cu 66 dollarla Alikante (İspaniya), 10-cu yerdə isə 66 dollarla Afina şəhəri qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm