Bilgi.az
Məktəb oxumayan 10 yaşlı qız universitetə qəbul oldu – FOTOLAR
Bir çox qız uşaqları kimi o, da Barbi gəlinciyi ilə oynamaq və muncuqlardan bilərzik düzəltməklə məşğuldur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bununla belə, 10 yaşlı Ester Okade həmyaşıdlarından çox fərqlənir. İş ondadır ki, Böyük Britaniyanın Uest-Midlends qraflığından olan Ester məktəbdə oxumadan universitetdə riyaziyyat üzrə təhsil alacaq. Ester Yüksək Təhsil üzrə Ümumi Sertifikatın A-səviyyəli imtahanlarını (Böyük Britaniyada keçirilən imtahanlar toplusu) müvəffəqiyyətlə başa vurduqdan sonra Oupen universitetinə qəbul olub. O, doktorantura səviyyəsinə qədər oxuyaraq öz şəxsi bankını açmaq niyyətindədir.
Okade hələ 6 yaşındaykən riyaziyyatdan "C" alıb. Onun hazırda 6 yaşlı qardaşı Asiya da A-səviyyəli imtahanlara hazırlaşır.
Bacı-qardaş hər ikisi təhsili ev şəraitində alıb. Onların təhsili ilə riyaziyyatçı anası Omonefe məşğul olur.
37 yaşlı ana deyib: "Ester dərslərini yaxşı oxuyur. Bu yaxınlarda riyaziyyatdan testdən keçib, 100 bal qazanıb. O, hələ 7 yaşından universitetə daxil olmaq istəyib. Ester 4 yaşından əlifbanı, vurma cədvəlini öyrənib, toplama, çıxma, bölmə əməllərini yerinə yetirə bilib".
Nura
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı