“Oskar” tarixində ən qalmaqallı anlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Oskar” tarixində ən qalmaqallı anlar – FOTOLAR

Bildiyimiz kimi, hər ilin fevral ayında ABŞ-da "Oskar" mükafatının təqdimetmə mərasimi keçirilir.

Publika.az 40 il ərzində kino bayramında baş verən maraqlı hadisə və qalmaqalları toplayıb.

Məsələn, aktrisa Qrir Qarson 1943-cü ildə "Oskar" almaq üçün səhnəyə qalxdı. O, mikrofon qarşısında bir neçə dəqiqə susqun dayanaraq dedi: "Mən söz demək üçün hazırlaşmamışam..." Onun bu çıxışı "Oskar" tarixində uzun müddət müzakirəyə çıxarıldı.

1972-ci ildə Çarli Çaplin həyatının ikinci "Oskar" mükafatını aldı. Bu mükafat dahi aktyor üçün gözlənilməz oldu. Onun sevincinə qoşulan zaldakılar ayağa qalxaraq düz 10 dəqiqə aktyoru alqışladılar. Bu, "Oskar" tarixində ən çox davam edən alqış oldu.

"Xaç atası" filminə görə Marlon Brandoya "Oskar" mükafatı verilməli idi. Lakin mərasim qalmaqalsız ötüşmədi. 1973-cü ilin yazında "Oskar" təqdim olunan vaxt ABŞ-da hindu qəbiləsi ilə hökumət arasında qarşıdurma yaşanmışdı. Hinduların müdafiəsinə ilk olaraq Marlon Brando qalxdı. O, təqdimat mərasiminə gəlməkdən imtina edərək, oraya hindi qəbiləsindən olan aktrisa Saşin Litlfezeni göndərdi. Saşi səhnədə Marlon Brandonun hökumətə müraciətini oxudu. Sənəddə diskriminasiyaya son qoymaq tələb olunurdu.

1974-cü il "Oskar"ın təqdimat mərasimində Robert adlı bir şəxs özünü jurnalist kimi qələmə verdi və pasifizmə işarəsi edərək səhnəyə çılpaq çıxdı.

1977-ci il "Oskar" mərasimində səhnədə Məhəmməd Əli və Silvester Stallone əlbəyaxa oldu. Əlbəttə, bu, şounun bir hissəsi idi.

Meril Strip "Kramer Kramerə qarşı" filminə görə qazandığı "Oskar" mükafatını ayaqyoluda unutdu. Bu hadisə "Roma tətilləri" filminə görə "Oskar" qazanan Odri Hepbernin da başına gəlib.

Mavi roluna görə ilk dəfə "Oskar" 1986-cı ildə Uilyam Hörtə verilib. O, mükafatı "Hörümçək qadın" filminə görə qazanıb.

5 dəfə "Oskar" mükafatına layiq görülən "Quzuların səssizliyi" filminə görə aktyor Bill Kristal səhnəyə Hannibal Lektor qiyafəsində çıxıb. Daha doğrusu, o, səhnəyə iki tibb işçisinin köməkliyi ilə xərəkdə gətirilib.

Aktyor Cek Pelans 73 yaşında "Oskar" mükafatını alıb. O, səhnəyə çıxıb mükafatını aldıqdan sonra hələ də gümrah olduğunu göstərmək üçün 4 dəfə 1 əllə dartınıb. Hadisə 1992-ci ildə baş verib.

11 yaşlı Anna Pakuin 1994-cü ildə "Pianino" filminə görə "Oskar" qazandı. Rola 5 mindən çox insan namizəd idi, lakin Anna qalib gəlmişdi. O, mikrofon qarşısına çıxaraq, həyəcandan səssiz şəkildə gözləri bərələ halda zalda əyləşənlərə tamaşa etdi.

Rejissor Ceyms Kemeron "Titanik" filminə görə "Oskar" qazanarkən mikrofon qarşısında filmdən olan sitatı gətirdi: "Mən dünyanın kralıyam".

1999-cu il. "Ən yaxşı xarici dildə film" nominasiyasında Robert Beninin "Həyat gözəldir" filmi qazandı. Benini emosiyalarına hakim olmayaraq, sevincindən mükafatı götürmək üçün səhnəyə stulların söykənəcəkləri üzərindən atılaraq getdi.

"Oskar-1999"-un səhnəsində aktrisa Qvinet Peltrou, necə deyərlər, bir vedrə göz yaşı axıtdı. Bu cür ağlamaqla o, "Oskar" tarixində ən emosional çıxış etmiş şəxs oldu.

"Oskar-2000" mərasimində Ancelina Coli böyük bir səhvə yol verdi. Sonradan bu səhvi düzəltmək isə ona baha başa gəldi. Belə ki, Coli "Oskar" mərasimində öz qardaşını ehtirasla öpdü və ona olan sevgisini elan etdi. Bred Pittin arvadı bundan sonra dünyanın onu ələ salaraq güləcəyini ağlına belə gətirməmişdi.

"Cənub parkı" əfsanəvi serialının yaradıcıları Trey Parker və Mett Stoun "Oskar-2000"-ə biabırçı vəziyyətdə gəldilər. Belə ki, onlar qırmızı xalıya qadın paltarında çıxdılar. Trey 1999-cı ildə Cennifer Lopezin, Mett isə həmin ildə Qvinet Peltrounun "Oskar" mərasiminə geydiyi çəhrayı paltarda çıxdı. Qısası, onların parodiyası bir çoxlarının xoşuna gəlmədi. Gənclərin həmin gün mərasimə LSD-nin təsiri altında çıxmaları sonradan məlum oldu.

2001-ci ildə Byork "Oskar"a qu quşu geyimində gəldi. Onun hətta çantası da yumurta formasında idi. Byork mərasimdə tez-tez yumurtanın üstündə oturaraq, yumurtlayan quş obrazını yaradırdı.

Həmin ildə "Oskar" qazanan Culiya Robert yalnız bu sözləri qışqırdı: "Həyasızcasına xoşbəxtəm!"

Aktyor Edrian Broudi və Holli Berrinin səhnədə ehtiraslı öpüşü "Oskar-2003" mərasiminin ən parlaq məqamlardan biridir. Edrian "Pianoçu" filminə görə mükafatı qazanmasından həyəcanlanaraq, öz nitqini öpüşlə bildirdi. Bu zaman o, səhnədə olan Hollini zorla öpdü. Bütün zal şokda idi.

2004-cü ildə də belə bir hadisə təkrarlandı. Edrien "Monstr" filminə görə Şarliz Terona mükafatı təqdim edərkən, onun yerinə özü emosiyalarına hakim çıxa bilməyib. Bu zaman Edrien onunla ehtirasla öpüşüb.

2003-cü ildə Maykl Mur ən yaxşı sənədli film nominasiyasında qalib gələrək, "Oskar"ı almaq üçün səhnəyə qalxdı. O, bu zaman İraqa qoşun yerindən Corc Buşun ünvanına alovlu nitq söyləməyə başladı. Maykl qışqırırdı: "Shame on you, mr. Bush! Shame on you!" (Ayıb olsun sənə, cənab Buş! Ayıb olsun!). Zaldakılar iki hissəyə parçalandı: bəziləri Mayklın nitqini alqışladı, bəziləri isə nitqdən razı qalmayaraq, onu fitə basdılar.

2008-ci il, "Oskar"ın təqdimetmə mərasimi. Səhnədə ən yaxşı operator işi nominasiyasının qalibini adını çəkmək Kemeron Diaza həvalə olunmuşdu. O, bir neçə cəhddən sonra "kinematoqrafiya" sözünü düz tələffüz edə bildi.

Aktyor Ben Stiller "Oskar-2010"-a Ceyms Kemeronun "Avatar" obrazı ilə gəldi.

Aktrisa Cennifer Lourens "Oskar"ı almaq üçün səhnəyə qalxarkən pilləkəndə ayaqları uzun paltarına dolaşdı və o yıxıldı. Zaldakılar isə ayağa qalxaraq, onu alqışladılar. Səhnəyə çıxan Lourens dedi: "Yıxıldığım üçün siz ayağa durub məni alqışladınız? İlahi, biabırçılıq!"

2015-ci il də qalmaqalsız ötüşmədi. Aparıcı Nil Patrik Harris səhnəyə alt paltarı, corab və ayaqqabıda çıxdı. O, "Bördmen" filmindəki obrazı təqlid edirdi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm