Yumurta bişirməyin ən əyləncəli üsulu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yumurta bişirməyin ən əyləncəli üsulu – FOTOLAR

Yumurta ən faydalı qidalardan biridir. Təbii zülal mənbəyi olan yumurtanın həm sarısı, həm də ağı orqanizm üçün əsl şəfa qaynağıdır.

Yumurta səhər yeməklərinin şahıdır. Səhər yumurta yesəniz, günə enerjili başlayacaq və gün ərzində özünüzü daha tox hiss edəcəksiniz.

Ancaq hər gün yumurta yemək sizi bezdirə bilər. Əgər bu sağlam qidanı menyunuzdan çıxarmaq istəmirsinizsə, onu müxtəlif bişirmə üsulları ilə hazırlamağa çalışın.

Xüsusilə də uşaqların onu sevməsi üçün yumurta yeməyi daha əyləncəli hala gətirmək vacibdir.

Bu zaman köməyinizə müxtəlif ölçülü və formalı qəliblər gələcək. Yumurtaya bayquş, ürək, günəş, çiçək və s. formalar verən bu qəliblərlə siz də səhər yeməklərinizə rəng qata bilərsiniz.

Publika.az-ın foto-qalereyasına nəzər salın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm