Bilgi.az
5 ulduzlu həbsxana: bura “türmə”yə yox, sanatoriyaya oxşayır – FOTOLAR
Dünyanın ən rahat həbsxanası Norveçdə yerləşir – Halden şəhərində.
Publika.az-ın verdiyi xəbərə görə, həbsxananın ərazisi 30 hektardır. Hər tərəfi yaşıllıqlarla əhatə olunub.
Həbsxananı 10 il ərzində tikiblər. 252 nəfərlik cəza müəssisəsi 252 milyon dollara başa gəlib. Belə çıxır ki, bir məhbus üçün bir milyon dollar xərclənib.
Bu da təəccüblü deyil. Çünki həbsxananın dəhlizlərindəki divarlardan qiyməti yüz min dollara olan rəsm tabloları asılıb.
Həbsxanada səsyazma studiyası, tibb mərkəzi, kitabxana, qış bağı, emalatxanalar var.
Hər məhbusun kamerası 12 kvadratmetrdir. Heç bura kamera deməyə adamın dili də gəlmir. Bu otaqda müasir mebel, hətta geniş ekranlı televizor var.
Məhbuslar həbsxananın ərazisində istədikləri kimi hərəkət edə, gedib-gələ bilirlər. İstəyirsən idman et, istəyirsən kitabxanaya get, istəyirsən hovuzda çim.
Məhbusları yoluxmağa gələn qohumlar üçün ayrıca taxta evlər tikilib. Bu evlər çox rahatdır. Məhbus öz yaxını ilə burada rahat görüşə bilir.
Bəziləri Norveç həbsxanalarının çox humanist olduğunu deyir. Bəzi qocalar evində şərait bu həbsxanalardakından pisdir.
Ancaq norveçlilər deyir ki, biz həbsxanada yalnız insanın azadlığını məhdudlaşdırırıq, onların həyat şəraitini korlamaq niyyətimiz yoxdur.
Publika.az Norveç həbsxanasından fotoları təqdim edir.
İlqar
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY