Qarışıq irqdən doğulan uşaqlar hamıda sual doğurur – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qarışıq irqdən doğulan uşaqlar hamıda sual doğurur – FOTOLAR

Lüsi və Maria Aylmer bacıları İngiltərənin Qloster şəhərində yaşayırlar. Aylmer bacılarının əslində əkiz olduğunu bilən insanlar isə təəccüblərini gizləyə bilmirlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bacıların anası Donna yamaykalı, atası Vins isə ingilisdir. Bu izdivac nəticəsində onların biri ağ, digəri isə qaradərili əkiz övladları dünyaya gəlib.

Daha maraqlı fakt ondan ibarətdir ki, qızlardan biri kürən saçlı, mavi gözlü, o biri qıvrım saçlı, qaradərili və qəhvəyi gözlüdür. Onların nəinki əkiz, hətta doğma bacı olduğuna belə şübhə etmək olar.

Bacılar 1997-ci ildə dünyaya gəlib. Donna əkiz qızlarını ilk dəfə görərkən şok keçirib. Hətta körpələri əlinə alan mamaça da bir müddət susqun vəziyyətdə bir-birindən tamamilə fərqli olan körpələrə tamaşa edib.

Qızlar dünyaya gəldikdən sonra onların valideynləri boşanıb. Əkiz bacıların iki qardaşı və bir bacısı var. Corc, Çinna və Cordan isə əkiz bacılardan tamamilə fərqlənir. Onlar qarışıq irqə məxsusdurlar.

Qarışıq irqdən dünyaya gələn əkiz qızlardan biri deyib: "Heç kim bizim əkiz olmağımıza inanmır. Hətta eyni paltar geyindikdə belə, bir-birimizə bənzəmirik. Elə olub ki, yalnız doğum haqda şəhadətnaməni göstərməklə əkiz olduğumuzu sübuta yetirmişik".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm