Qadınları qıdıqlayan manyak – FOTO
Bizi izləyin

Bilgi.az

Qadınları qıdıqlayan manyak – FOTO

Ötən əsrin 90-cı illərində ABŞ-ın Konnektikut ştatının Qlastonberi şəhərində qəribə hadisələr baş verməyə başladı.

Publika.az-ın verdiyi xəbərə görə, kimsə gecələr tənha qadınların evlərinə girir, yataq otaqlarına daxil olaraq, onların ayaqlarını qıdıqlayırdı. Qadınlar oyanıb qışqırdıqları zaman isə manyak tez-tələsik yoxa çıxırdı.

Polis axtarışlara başladı. Görəsən, bu, manyak əməli idi, yoxsa hansısa gicbəsərin şit zarafatı. İş orasındadır ki, manyak yalnız qapısı açıq olan mənzillərə daxil olurdu. Oğurluq etmir və qadınlara qarşı başqa zorakılıq hərəkətləri etmirdi.

Polisə bu haqda 11 şikayət daxil olmuşdu. Axtarışlar bir neçə il intensiv surətdə davam etdi. Lakin nəticə vermədi. Sonradan "qıdıqlama manyakı" da yoxa çıxdı.

O zaman polis şikayət edən qadınların ifadələrinə əsasən manyakın fotorobotunu hazırlamışdı.

Publika.az həmin fotonu təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm