Qeyri-adi hadisə: Sincab quş belində uçdu - FOTO
Bizi izləyin

Bilgi.az

Qeyri-adi hadisə: Sincab quş belində uçdu - FOTO

Londonun şərqində, Essex rayonunda, parka gəzintiyə çıxmış həvəskar fotoqraf Martin Le-May uçan yaşıl ağcadələnin belinə minmiş sincabı görərək nadir hadisəni lentə ala bilib.

Publika.az xəbər verir ki, fotoqraf, əvvəlcə həyacanlı quşun civiltisini eşidib. Səs gələn tərəfə başını çevirəndə isə belinə sincab minmiş ağacdələnin uçduğunu görüb.

Bir qədər uçduqdan sonra quş yerə qonub, insanları görən sincab isə həmin anda quşu buraxaraq yaxınlıqdakı kolluqda gizlənib.

Həvəskar fotoraf çəkdiyi şəkli sosial şəbəkədə dərc etdikdən sonra həmin foto sürətlə yayılmağa başlayıb. Zooloq Lucy Cooke BBC-ə bildirib ki həvəskarın çəkdiyi şəkil olduqca nadir bir fotodur.

Ekspertlərin qeyd etdiyi kimi, ağacdələn özünə yemi adətən yerdə axtarsa da, sincab öz menyusuna bu quşu adətən daxil etmir.

Eyni zamanada kiçik və olduqca yüngül sincabın qorxu bilməyən bir heyvan olduğu da məlumdur, yəni belində sincab ağacdələnin havaya qalxması mümkünsüz deyil.

Ekspertlər bu hər iki canlı varlığın qeyri-adi qabiliyyətlərinə diqqəti çəkir: ağcadələn özündən 850 dəfə ağır yükü qaldıra bilirsə, sincab özündən xeyli iri heyvanlara ovlamaqdan çəkinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm