Polis maşınının üzərindən tullanan velosipedçi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Polis maşınının üzərindən tullanan velosipedçi – FOTOLAR

Sosial şəbəkələr populyarlaşandan bəzi gənclərin qəribə hobbiləri yaranıb. Nə yolla olur-olsun, əla şəkil çəkdirmək və bunu səhifəsində paylaşaraq məşhurlaşmaq. Bu isə asan başa gəlmir.

Amerikalı gənclərdən biri yaxşı kadr çəkmək üçün həbsxanaya düşməyi belə göz ardına alıb.

Los-Ancelesdə patrul maşınında oturub ətrafa nəzarət edən polislər qəfildən üzərlərindən velosipedlə tullanan gənci görüblər. Əlbəttə ki, məğrur amerikan polisi belə həyasızlığı həzm edə bilməzdi.

Onlar gənci təqib edib tutublar. Qoluna qandal vurulan gəncin isə heç nə vecinə olmayıb. Əsas odur ki, planı həyata keçib, dostları əla kadrlar çəkiblər.

Publika.az həmin fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm