Bilgi.az
Üzünü təraş edən qadınlar daha gec qocalırlar - ARAŞDIRMA
İspaniyada nəşr olunan "La Vanguardia" adlı qəzetdə yayımlanan bir xəbər hər kəsi təəccübləndirib. Belə ki, dərc olunan məqalədə asiyalı qadınların dərilərinin daha gec qocalması üçün üzlərini kişilər kimi təraş etdikləri iddia edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yazıda qeyd edilənlərə görə, ingiltərəli alimlər bu mövzuda araşdırma aparıblar. Nəticədə üzlərini təraş edən qadınlarda kişilərdən fərqli olaraq tüklərin qaralması və ya çoxalması müşahidə edilməyib. İngiltərəli alim Mişel Praqer də bu iddiaları təsdiqləyir və təraşın dərinin yaşlanmasının qarşısını aldığını elmi şəkildə sübut etdiklərini bildirir.
Təraşla bağlı araşdırmalar aparan həkim Nil Skutz isə illərcə təraş olan kişilərin üz dərilərinin, eyni yaşdakı qadınlara nisbətən daha az yaşlandığının müşahidə edildiyini bildirir.
Araşdırmada iştirak edən Ancela Qrevin adlı bir qadın həftədə üç dəfə üzünü təraş etdiyini, təraşdan sonra üzünə çəkdiyi nəmləndirici kremlərin təsirinin daha da artdığını iddia edir. O, tüklərin daha qara və sərt şəkildə çıxması ilə bağlı iddiaları əfsanə adlandırır. Ancela Qrevin 8 ildir ki, üzünü təraş etdiyini, üz dərisinin əvvəlkindən daha yumşaq və parlaq olduğunu deyir.
"Üzümdəki yumşaqlığı nə lazer, nə də digər vasitələrlə əldə etmişəm. Köpük çəkərək təraş olmaq ən yaxşı üsuldur".
Mütəxəssislər Yaponiyada yaşayan qadınların bu üsuldan qədim zamanlardan bəri istifadə etdiklərini bildirirlər.
Qeyd edək ki, hazırda bir neçə ölkədə kosmetik məhsullar üzrə ixtisaslaşan firmalar qadınlar üçün xüsusi təraş köpükləri istehsal edirlər.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO