Evi alan həm də arvad əldə edəcək - FOTO
Bizi izləyin

Bilgi.az

Evi alan həm də arvad əldə edəcək - FOTO

İndoneziyanın Cokyakarta şəhər sakini evini satışa çıxarıb və bundan əlavə, qadın evini alacaq şəxsə onunla evlənmək təklifini də irəli sürüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı Vina Li daşınmaz mülkünü 990 min rupiy (76,5 min dollar) dəyərində satmaq niyyətindədir. Qadının mülk haqqında yerləşdirdiyi elanda deyilir ki, evin sahəsi 130 kvadrat metrdir. Evin 2 yataq otağı, 2 hamam otağı, qarajı və həyətdə içində balıqlar olan hovuzu da var. Qadın elana bu sözləri də əlavə edib: "Əsrin təklifi! Evi almaqla onun sahibi ilə də evlənə bilərsiniz".

2000-ci ildən dul qalan Vina Li uzun müddətdir ki, kişi axtarışında olmasını və hələ də həyatının ən yaxşı kişi namizədini tapa bilmədiyini yerli mətbuata açıqlayıb. Qadın alqı-satqı məntəqəsində öz problemini işçilərdən birinə danışıb. Həmin işçi də Vinaya evin satışı üçün doldurulan ərizədə nikahdan yazmasını təklif edib.

Qadın deyib: "Mənim məqsədim evi satmaqdır. Lakin mən yaşından asılı olmayaraq subay və ya dul kişiyə rast gəlsəm, nəyə görə də ona ərə getməyim?"

Evin sahibəsi gələcək ərinin onun uşaqlarına atalıq edə biləcək dindar şəxs olacağına inanır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm