Bilgi.az
Qadın ruhla qarşılaşdı - FOTOLAR
Avstraliyanın Kvinslend şəhər sakini Kim Devidsonun çəkdirdiyi foto az qala "Facebook" sosial şəbəkəsində narahatlıq doğursun. İş ondadır ki, avstraliyalı Kim Devidson çayda uşaqları ilə çimərkən yanında naməlum bir görüntü peyda olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum görüntünün ruh olması ehtimal edilən foto hələ 2014-cü ildə çəkilib. Fotoda 2 qadın və 4 uşaq Lokyer çayında çimir. Lakin əslində, orada 3 uşaq olmalı idi. Maraqlısı odur ki, 4-cü uşağın yerləşdiyi yerdə hələ 100 il bundan qabaq balaca bir qız uşağı boğulub.
Kim Devidson fotoya baxarkən gördüklərindən şoka düşüb. Əvvəlcə o, dördüncü uşağın haradan peyda olmasını ayırd etməyə çalışıb. O deyib: "Fotonu çəkən zaman yanımızda başqa bir uşaq olmayıb. Həmin vaxt öz qızımı tutub saxlamışdım. Fotoda isə buynuzlu qız görüntüsü var. Əmin edirəm ki, foto çəkilərkən bizim yanımızda başqa adam olmayıb. Naməlum varlığın barmaqları mənim çiynimdə və qızımın əlinin üstündədir. Bu daha çox skelet barmağına bənzəyir".
Sonradan isə naməlum görüntünün mənşəyi axtarılıb. Sən demə, 1913-cü ildə çayda 13 yaşlı Doren O’Sallivan adlı qız boğulub.
Bundan əlavə, Devidson həmin gün çayda üzərkən qızının ayağının iki dəfə suda zorla aşağı dartıldığını da deyib.
Kim Devidson fotonu iki paranormal mütəxəssisə göstərib və onların hər ikisi də naməlum varlığın suda boğulan qızın ruhunun olduğunu iddia edib.
Nura
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...