Bilgi.az
Kafeyə girdi, ofisianta 25 min dollar çaypulu verdi - FOTOLAR
Brayan Maixneri görən hər kəs onun geniş təbəssümü və ağ dişlərinə heyran qalır. Lakin həqiqətdə Brayan lap uşaqlıqdan çürümüş dişlərdən əziyyət çəkib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kanzas ştatında yaşayan Brayan hələ uşaqlıqdan dişlərində müxtəlif infeksiyalarla mübarizə aparıb. Nəticədə, Brayan sağlam dişlərindən məhrum olub. Onun heç zaman dişlərini düzəltməyə belə imkanı olmayıb. Lakin ofisiant işləyən Brayan çürümüş dişlərinin müalicəsinə təsadüf nəticəsində çarə tapıb.
Günlərin birində Oklahoma ştatından olan vəkil Fred Butçer qızı ilə Brayanın ofisiant işlədiyi qəlyanaltı kafeyə gedib.
Vəkil deyib: "Mən Brayana baxan kimi onun fərqli insan olduğunu düşündüm. O, ağzını örtməyə çalışsa da, yenə də özü ilə mehribanlıq və səmimiyyət daşıyırdı. Bu, mənə çox təsir etdi".
Butçer onlara xidmət edən ofisianta tamamilə yad insan olsa da, bununla belə, dişlərinin müalicəsi üçün Brayana kömək etmək istəyib. Butçer kafenin menecerinə yaxınlaşaraq Brayanın dişlərinin müalicəsi üçün 25 min dollar çaypulu qoyub.
Kafeninin meneceri bu haqda Brayana deyərkən o, göz yaşlarını saxlaya bilməyib. Brayan yerli televiziyaya müsahibə verərək deyib:
"Bu adamla mənim heç tanışlığım yoxdur və bu təklifi qəbul edə bilmərəm".
Lakin təkidlərə baxmayaraq, Brayan tanımadığı insanın yaxşılığından yararlanıb. O, bir neçə müalicə üsulu keçdikdən sonra uşaqlıqdan arzuladığı dişlərə sahib olub. Təzə dişlər Brayanın həyatını da büsbütün dəyişib. İndi o əminliklə gülür və müştəriləri gülərüzlə yola salır.
Xeyriyyəçi Butçer deyib: "Hansı dinə sitayiş etməyindən asılı olmayaraq, hər zaman əliaçıq olmaq və yaxşılıq etmək lazımdır".
Nura
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO