7 il yemək yeməyən qadın: o, heç vaxt yeyə bilməyəcək - FOTOLAR
Bizi izləyin

Bilgi.az

7 il yemək yeməyən qadın: o, heç vaxt yeyə bilməyəcək - FOTOLAR

İngiltərənin Bolton şəhərindən olan 25 yaşlı Nikola Nikols adlı qadının dilinə düz 7 ildir ki, yemək dəymir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nikolanın mədəsi nadir xəstəlik ucbatından iflic olub. O, 2008-ci ildən bəri nə su, nə də yemək yeyə bilir.

2008-ci ildə Nikolaya bədbəxtlik üz verib. O hər nə qəbul etsə, gündə 50 dəfə qaytarıb. Həkimlər əvvəlcə qadının mədə pozuntusundan əziyyət çəkdiyini güman edib. Lakin sonda Nikolaya diaqnoz qoyulub: qastroparez. Bu xəstəlik zamanı mədə əzələsi iflic keçirir. Nəticədə, qida mədəyə dola bilmir.

Qadın qida və qlükozanı qan sistemi ilə qəbul edir. Elə qlükozanın sayəsində Nikola sağ qala və enerji toplaya bilir.

O hətta öz toyunda belə heç bir qida qəbul edə bilməyib. O deyib: "Təsəvvür edin ki, toyda baş stolda əyləşmisiniz və qonaqların sizin hazırladığınız tortu necə yeməsinə tamaşa edirsiniz. Lakin özünüz tortun dadına baxa bilmirsiniz".

Maraqlısı odur ki, Nikola ömür boyu yemək yeyə bilməyəcək. 2 uşaq anası olan Nikola deyir: "Övladlarım üçün yemək hazırlayanda yeməyin qoxusu mənə xoş gəlir və dadına baxmaq istəyirəm. Lakin bunu edə bilmərəm. Çünki bir dəfə qida qəbul etməklə qaytarmağımın qarşısına ala bilməyəcəm".

Nikolanın 18 yaşı olarkən zökəmə tutulub və mədəsi fəaliyyətini dayandırıb. Tədricən onun mədəsi qida və suyu qəbul edə bilməyib. 2008-ci ildə həkimlər onun xəstəliyinin səbəbini tapıb. Sən demə, Nikolada həzm sistemini nizamlayan sinir zökəmdən sonra korlanıb. Nəticədə, onun mədə və bağırsağı da fəaliyyətini dayandırmalı olub. O hər 12 saatdan bir 3 litr parenteral qidalanma qəbul edir.

Bu azmış kimi, Nikolanın təbii şəkildə qida qəbul edə bilməməsi onu əlil arabasına möhtac edib. Hətta getdikcə saçları da tökülür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm