Kişiyə öz evində siqaret çəkməyə qadağa qoyuldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kişiyə öz evində siqaret çəkməyə qadağa qoyuldu - FOTOLAR

Məhkəmə Vaşinqton şəhər sakini Edvin Qreyə evində siqaret, marixuana və siqar çəkməyə qadağa qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qreyin qonşuları zirzəminin dəliyindən onların evinə daxil olan tüstüdən şikayət edib.

Qonşular bir il bundan qabaq yeni evə köçən Qreyə siqaret çəkməməyi xahiş edib. Buna baxmayaraq, Qrey evində siqaret çəkməklə qonşuları narahat etməkdə davam edib. Onda qonşular Qreyə qarşı mülki iddia qaldırıb. Məhkəmə Qreyə evdə siqaret çəkməyə qadağa qoymaqla yanaşı, 500 min dollar cərimə də kəsib.

Bununla yanaşı, Qreyin ailə üzvləri və onların evinə qonaq gələn insanlar belə evdə siqaret çəkə bilməz. Onun bacısı isə məhkəmə qərarından şoka düşüb. Qreyin bacısı şəxsi evində siqaret çəkə bilmədiyinə görə hiddətlənib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm