“Google”dan yaxşı axtarış sistemi: 7 yaşlı oğlan - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Google”dan yaxşı axtarış sistemi: 7 yaşlı oğlan - FOTOLAR

Hindistanlı Kautilya Pandit sözün əsl mənasında "yeriyən, danışan ensiklopediyadır". İş ondadır ki, onun coğrafiyadan biologiyaya kimi bütün cari proseslərdən xəbəri var.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 7 yaşlı Kautilya Pandit iqtisadi statistika, siyasət və digər sahələrlə də maraqlanır. O, 3 ay ərzində 213 dövlətin əhalisini, ÜDM-nu, gəlir mənbəyini, valyutasını, dinini, mədəniyyətini və digər informasiyaları da öyrənib.

Kautilya Hindistanın Kohand kəndində yaşayır və demək olar ki, kəndin ən məşhur sakinidir. O, məktəbdə sinif yoldaşlarından fərqlənir və digər şagirdlərdən daha fəaldır, bütün verilən sualları cavablandıra bilir.

Kautilyanın informasiyanı belə asanlıqla yadda saxlaması onun göz yaddaşı ilə əlaqədardır. Elə buna görə də ona "Google" təxəllüsü verilib. 7 yaşlı uşaq televiziya kanallarının birində 2013-cü ildə "Kaun Banega Crorepati" ("Kim milyoner olmaq istəyir" verilişinin Hindistan versiyası) adlı proqramında da çıxış edib. Proqramın qonağı olan Bollivudun məşhur hindistanlı aktyoru Amitabx Baççan deyib: "Kautilya Panditin 5 yaşı var və suallara bir çox alimlərdən yaxşı cavab verir".

Fotoqrafik yaddaşa malik olan Kautilya açıqlayıb: "Nəyə görə məlumatları belə asanlıqla yadda saxlaya bilməyimi deyə bilmərəm. Mənin istedadımı görüb, bu yolda kömək edən valideynlərimə minnətdaram".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm