Mərkəzi Avropa bu günü gözləyir
Bizi izləyin

Bilgi.az

Mərkəzi Avropa bu günü gözləyir

Martın 20-də 2011- 2026-ci illər ərzində Mərkəzi Avropada ən iri gün tutulması baş verəcək. Ay Günəşin 74 faizini örtəcək.

Publika.az xəbər verir ki, Mərkəzi Avropa sakinlərinin bir çoxu sakini bu nadir təbiət hadisəsini müşahidə etmək üçün məzuniyyət götürüb.

Praqada gün tutulması saat 9:37-də başlayacaq, maksimal fazaya 10:45-də çatacaq, 11:57-də isə isə başa çatacaq. Bəzi insanlar martın 20-də Çexiyanın şimali-şərq rayonlarına getmək qərarına gəliblər, çünki orada gün tutulması daha uzun sürəcək. Bundan əlavə, ölkənin şimalında Ay Günəşin 75 faizini örtəcəksə, cənubda yalnız 70 faizini örtəcək. Ölkənin bir çox şəhərlərinin mərkəzi meydanlarında, məktəblərin yaxınlığında, habelə planetarilərdə gün tutulmasına kütləvi baxışlar təşkil ediləcək.

Çexiya Elmlər Akademiyasının Astronomiya bölməsinin mətbuat katibi Pavel Suxan bildirib ki, çox şey həmin gün havanın vəziyyətindən asılı olacaq. Əgər göyün üzü buludla örtülsə, gün tutulmasını gözləyənlərin bəxti gətirməyəcək. Pavel Suxanın fikrincə, martın 20-də havanın necə olacağının ən dəqiq proqnozu üç gün əvvəl, yəni martın 17-də məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm