Özünü it hesab edən tülkü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Özünü it hesab edən tülkü - FOTOLAR

Tülkünün it kimi əhliləşdirilməsini "Disney" filmlərində görmək olar. Lakin Todd adlı tülkü, doğrudan da, özünün it olduğunu "düşünür".

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tülkü 4 aylıq olarkən Emma D’Silva tərəfindən ev heyvanı kimi bəslənilib. O vaxtdan etibarən Todd itlərə məxsus olan bir sıra xüsusiyyətlərə öyrəşib. Məsələn, Todd it kimi quyruğunu bulayır, oyuncaqlarla oynayır və küçədə xaltada gəzir.

Vəhşi çöl heyvanı olan tülkü əvvəldən it kimi bəsləndiyi üçün özünü it kimi aparır. O hətta başqa itlərlə də oynayır. Todd sahibəsinin həyətində yerləşən it damında yatır.

25 yaşlı Emma 10 aylıq tülkü balası haqda deyib: "Todd körpəlikdən əhliləşdirildiyi üçün heç zaman vəhşi təbiətdə olmayıb. 4 aylıq olarkən əvvəlki sahibləri qulluq etmədiyi üçün onu özümə götürdüm. Yoldankeçən insanlar da Toddan qorxmayıb onu sığallamağa can atır. Todd it kimidir, lakin itlərdən fərqli olaraq daha hiperaktivdir və daima oynamaq istəyir. O, itlərin hərəkətlərini yamsılamağa çalışır. Buna baxmayaraq, mən onu heç vaxt xaltadan açıb buraxmıram. Çünki Todd kardır və mən qışqıraraq onu geriyə qaytara bilməyəcəm". Todd Emmanın evində skuns, yenot, kərtənkələ və ilan kimi ekzotik heyvanlarla birgə yaşayır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm