Braziliyada dəhşətli cəza növü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Braziliyada dəhşətli cəza növü - FOTOLAR

Braziliyada ələ keçirilmiş oğrunu hüquq mühafizə orqanlarına təhvil vermək əvəzinə yerli əhali çox qəribə üsulla “qulaqburması” vermək fikrinə gəlib

Braziliyada ələ keçirilmiş oğrunu hüquq mühafizə orqanlarına təhvil vermək əvəzinə yerli əhali çox qəribə üsulla “qulaqburması” vermək fikrinə gəlib. Oğrunun əl-qolunu bağladıqdan sonra qəzəbli dəstə onu qarışqa yuvasına tərəf aparıb. Həşəratlar onu yad cisim kimi qəbul edərək sancmağa başlayıb.

“Edam”-a gələn dəstə gəncin qışqırıqlarına həmiyyət vermədən tamaşa edib. Oğruya cəza verən dəstə “Facebook”da hadisənin videosunu da paylaşıb. Amma sonradan həmin video silinib. Gəncin taleyi isə naməlum olaraq qalır.

Gəncin əl-qolunu bağlayıb qarışqalara atan dəstənin üzvləri qeyd ediblər ki, bu yolla Braziliyada cinayətin qarşısını almağa çalışırlar. Çünki, yerli məhkəmə sisteminə artıq etibarlarını itiriblər.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm