Dünyanın ən kifir qızından açıqlama - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kifir qızından açıqlama - FOTOLAR

Dünyanın ən kifir qızı adını almış Lizzi Velaskes həyatı və insanların ona olan münasibətindən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı qız Videman - Rautenştrauxa adlı nadir xəstəlikdən əziyyət çəkir. Lizzidən əlavə dünyada cəmi 2 - 3 nəfər bu xəstəliyə mübtəla olub. 152 santimetr boyu olan qızın çəkisi heç vaxt 29 kiloqramdan artıq olmayıb. O, gün ərzində 5 min kilokalori qəbul etsə də, orqanizmi kifayət qədər qidanı həzm eləmir.

Ən pisi isə odur ki, internet istifadəçiləri Lizzini ələ salaraq onu intihar etməyə sürükləyir. 26 yaşlı Lizzi Velaskesin gözəllikdən məhrum olması, əlbəttə ki, öz günahı ucbatından baş verməyib. O, öz kifirliyi ilə dünyada məşhur olmaq və gülüş obyektinə çevrilmək istəməzdi. Ona görə də Lizzi Texas ştatında keçirilən "South by Southwest" kino festivalında özünün etirafları ilə bağlı sənədli filmini nümayiş etdirib.

"Cəsur ürək: Lizzi Velaskesin tarixçəsi" adlı sənədli filmdə nadir xəstəliklə doğulan qızın həyat tarixçəsindən bəhs edir. Lizzi doğularkən 0,9 kiloqram olub. Həkimlər onun valideynlərinə Lizzinin heç vaxt yeriyə, danışa bilməyəcəyini deyiblər. Hətta həkim qızın anasına bir daha uşaq dünyaya gətirməməyi məsləhət görüb. Çünki növbəti uşaq da şikəst doğulacaqdı. Buna baxmayaraq, Lizzinin valideynləri yenidən qız uşağı dünyaya gətirib. O, Lizzidən fərqli olaraq, sağlam və gümrah qız kimi doğulub.

"Qorxulu Lizzinin" bacısı Marina Velsakes deyib: "Hamı bizi barmaqla göstərirdi. Tədricən diqqət mərkəzində olmağa alışdıq".

Lizzini məktəbdə uşaqlar təhqir edərdi. Ona görə yox ki, qız çox kifirdir, o hətta əcaib arıq və bir gözdən kordur. Həyatının dəhşətli məqamları isə yeniyetməlik çağlarında gəldi.

17 yaşı olarkən o, "YouTube" internet kanalında "dünyanın ən kifir qızı" başlıqlı videoya rast gəldi. Lizzinin lağa qoyulduğu videoya 4 milyon baxış olmuşdu. Velsakesin diqqətini videonun altında yazılan bu şərh çəkdi: "Dünya üçün yaxşılıq et: Get özünü güllələ". Digərləri onu bədheybət adlandırırdılar. Lizzi belə neçə şərh oxuduğunu deyə bilmərik. Hər halda, oxuduqdan sonra onun halını təsəvvür edin. "Əlbəttə, mən ağladım. Lakin tezliklə özümə gəldim".

Sosial şəbəkədə məsləhət görüldüyü kimi, Lizzi özünü güllələmədi, başqalarından qaçıb gizlənmədi. Əksinə, onu ələ salıb gülənlərdən müdafiə olunmağa başladı.

O, başqalarından fərqlənən insanlar üçün kampaniya təşkil etməyə başladı. Belə ki, Lizzi doğma şəhəri Texasda 2013-cü ildə keçirilmiş qadın festivalında nitq söylədi. Onun nitqi heç də şikayət dolu deyildi. Həlim səsli, yumor hissindən məhrum olmayan qız zalda hər kəsin ürəyini ələ ala bildi. Lizzi auditoriyaya öz xəstəliyi haqqında qısaca məlumat verdi. O hər bir nitqində pozitiv misallar çəkirdi. Məsələn, Lizzi kökəlmək üçün gecələr ponçik yeyərdi, lakin bütün səylərə baxmayaraq, kökələ bilmirdi.

Lizzi zarafatca deyib: "Mən arıqlama vasitələrinin reklamında da çəkilə bilərəm".

Sonra isə üzünü onu təhqir edənlərə tutaraq deyib: "Xahiş edirəm: məni təhqir edib ələ salmaq istəyirsinizsə, sağ tərəfimə keçin. Çünki sağ gözüm kordur".

Lizzinin videosuna "YouTube"-da 9 milyon dəfə baxıldı. Lizzi özü hər şeydə pozitiv nüans tapmağa çalışır. O deyib: "Əlbəttə, çox çirkin görünürəm, lakin həqiqətən də, mənim çox gözəl saçlarım var".

Velsakesin iştirakı ilə çəkilmiş sənədli film 180 min dollara başa gəlib. Video artıq 215 min dollar gətirib. Çəkilişin hazırlanması üçün 16 dünya ölkəsindən 3564 insan ianə ayırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm