Kral nəslindən olan subay şahzadələr - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kral nəslindən olan subay şahzadələr - FOTOLAR

Şahzadələr arasında ən məşhuru Böyük Britaniya şahzadəsi Harridir. O həmçinin subay olması ilə də diqqət çəkir. Lakin dünyada Harri kimi həsəd aparılan bir çox şahzadələr də var.

Publika.az damarlarında kral nəslinin qanı axan və subay, yaraşıqlı şahzadələri təqdim edir.

Şahzadə Filippos, 28 yaş

Sonuncu Yunanıstan kralı II Konstantin və keçmiş kraliça, danimarkalı Anna -Mariyanın 5 uşağından ən kiçiyi şahzadə Filipposdur. Fakta əsasən, o həm Yunanıstanın, həm də Danimarkanın şahzadəsi hesab edilir.

Şahzadə İosif Ventsel, 19 yaş

Bavariya şahzadəsi Sofiya Yelizaveta Mariya Qabriela və Lixtenşteyn şahzadəsi Aloisin böyük oğlunun adı İosif Ventseldir. Yaşının az olmasına baxmayaraq o, bir sıra ölkələrdəki kral taxt-tacınının varisidir. İosif Ventsel Lixtenşteyn taxtına üçüncü namizəddir. Bundan əlavə, o, İngiltərə, Şotlandiya, Fransa və İrlandiya taxt-tacına da iddialı sayılır.

Şahzadə Azim, 33 yaş

Bruneyin 33 yaşlı şahzadəsi hələ də özünə layiqli həyat yoldaşı tapa bilmir. Şahzadənin varidatı milyardlarla ölçülür. Azim xeyriyyəçiliklə də məşğul olur: O, daha çox gözdən əlillərə yardım edir.

Həmdan bin Məhəmməd bin Rəşid Əl - Maktum, 32 yaş

Şərqin yaraşıqlı, cazibəli, zəngin və subay kişisi. Dubay şahzadəsinin varidatı 18 milyard dollardır.

Şahzadə Lorenzo Borqeze, 42 yaş

Onun atası knyaz Françesko Marko Luici Konstanzo Borqeze, anası isə amerikalı Amanda Lidir. İtaliya əsilli şahzadə xeyriyyəçiliklə məşğul olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm