Bilgi.az
Ölümündən əvvəl sevgilisinin arzularını çin etdi - FOTO
26 yaşlı gənc həkimlərin qorxunc diaqnozunu eşidəndə dünyasının alt-üst olduğunu anladı.
Həkimlərin dediklərinə görə, o, ağır formada xərçəng xəstəsi idi və ən uzağı 6 aylıq ömrü qalmışdı.
Fəqət o, ruhdan düşmədi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Cənubi
Uels bölgəsindəki Mertir şəhərinin sakini 26 yaşlı Kris
Prays bu diaqnozu eşidəndən sonra sevgilisi
Kerinin bütün arzularını çin etmək qərarına
gəldi.
2013-cü ilin aprelində Krisə həkimlər "sənin bağırsağında xərçəng şişi var" demişdilər və müalicənin mümkün olduğunu vurğulamışdılar. Amma ötən ilin aprelində bəlli oldu ki, xəstəlik müalicəsizdir.
Krisin cəmi yarım illik həyatı qalmışdı. Kris
sevgilisi, 29 yaşlı Keri ilə evləndi və sonra da Keri ilə onun dörd
övladını əvvəlcə Parisə, sonra Nyu-Yorka apardı.
Kris və Kerinin toylarında 9 yaşlı Holl ilə 6 yaşlı üçəmlər Evan,
Morqan və Corciya fəxri qonaqlardı. Toydan sonra
onlar cəmi iki həftə evdə qaldılar. İki həftədən sonra Kris
ailəsini Nyu-Yorka apardı, orada Keriyə 870 dollara Louboutin
ayaqqabıları və 1200 dollara Mulberry çantası aldı.
Keri həmişə belə ayaqqabıları və çantasının olmasını arzulamışdı.
Kris xanımı Kerinin ad gününü Las-Veqasda keçirmək
istəyirdi. Hətta oteldə nömrə, lüks restoranda masa da sifariş
vermişdi.
Amma əcəl qoymadı.
Kris ötən ay Kerinin qollarında öldü. Onun dəfn
mərasimi də 6 ay əvvəl nikahının olduğu kilsədə
keçirildi.
"Kris həyatına çox az qaldığını bildiyindən son günələrini məni
sevindirərək, bəxtəvər edərək keçirməyə çalışdı. Son yarım ildə
sanki yeni həyat yaşadım. O da sevinirdi, xəstəlik və ölüm barədə
danışmırdı. O, sadəcə, mənim və övladlarımızın bəxtəvərliyinə
baxaraq sevinmək istəyirdi", - Keri Prays deyib.
Onlar 2012-ci ilin yanvarından bəri birlikdə yaşayırdılar.
Kerinin dediyinə görə, Kris çox sağlamdı və heç
zaman səhhətindən şikayətlənməzdi. Lakin 2012-ci ilin aprelində o,
mədə və bağırsağında kəskin ağrılar hiss etdiyini deyib.
Müayinələr ağrıların səbəbinin xərçəng şişi olduğunu göstərib.
"Kris həyatının sonunadək sübut etdi ki, məni
sevir. Hər an onu düşünürəm", - Keri ağlayaraq söyləyib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO