Argentinaya meteor düşdü
Bizi izləyin

Bilgi.az

Argentinaya meteor düşdü

Dünən Argentina səmasında Santa-Fe əyalətinin bir sıra şəhərlərindən olan sakinləri qorxuya salan hadisə baş verib

Dünən Argentina səmasında Santa-Fe əyalətinin bir sıra şəhərlərindən olan sakinləri qorxuya salan hadisə baş verib.

Belə ki, səmada meteor partlayıb. Səma hadisəsi 18 fevral tarixində Argentina paytaxtından 400 km uzaqlıqda qeydə alınıb. Meteoritin düşdüyü ərazi hələ də dəqiqləşməyib.

Kosmik müşahidələr mərkəzinin direktorunun bildirdiyinə görə, bu atmosferdə hissələrə parçalanmış meteorit ola bilər. O, deyir ki, hadisə yer səthindən 60 km uzaqlıqda baş verib.

Şahidlərin bildirdiyinə görə, hər hansı dağıntı baş verməsə də, partlayış nəticəsində yayılan güclü səs yaşayış binalarının şüşələrinin silkələnməsinə səbəb olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm