Planetin ən qorxulu meşələri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Planetin ən qorxulu meşələri - FOTOLAR

Meşə insanda həm qorxu və vahimə yaradır. Əbəs yerə, xalq nağıllarında uşaq və gənc qızlar meşəyə atılmır. Orada isə yırtıcı heyvan və quldurlar dolaşır.

Publika. az anomaliya, əfsanə, tarixi fakt və təhlükəli varlıqları ilə məşhur olan bir sıra meşələrdən danışacaq.

Əyyaş meşə

Rusiyanın Ryazan əyalətinin Tırnova kəndində "Əyyaş meşə" adlanan yer var. Meşə gövdəsi əyri yetişən iynəyarpaqlı ağaclardan ibarətdir. Maraqlıdır ki, meşədə digər ağaclar düz yetişdiyi halda, məhz iynəyarpaqlı ağaclar əyri yetişir. Dəfələrlə alim və tədqiqatçılar bu sirrin üstünü açmağa çalışıb. Ehtimallara görə, iynəyarpaqlı ağacların əyilməsinə geomaqnit anomaliya səbəb olur.

Meşədə ağacların əyri yetişməsi halları planetin başqa yerlərində də baş verir. Məsələn, Baltik dənizi yaxınlığında yerləşən kənddə də ağaclar əyri yetişir. Meşədəki ağacları sanki hansısa bir nəhəng əyib. Ona görə də, meşə "rəqqasə" adını alıb.

İntihar edənlərin sevimli meşəsi

Yaponiyada Aokiqaxara adlı qorxulu meşə var. Honsü adasında Fudzi dağının ətəyində yerləşən sıx meşədə yarım əsrdir ki, insanlar intihar etmək üçün gəlir. 1970 - ci ildən bəri polis Aokiqaxarada tədqiqatlar aparır. Belə ki, buradan ildə 70 - 100 ədəd insan cəsədi tapılır. İntihar üçün meşəyə üz tutan insanlar ya özünü asır, ya da dərman həbləri ilə həyatına son qoyur. Ona görə, intiharların sayını azaltmaq üçün hüquq mühafizə orqanları meşənin girəcəyində belə bir cədvəl asıb: "Sizin həyatınız valideynləriniz tərəfindən verilmiş qiymətsiz hədiyyədir". Yazının aşağısında isə psixoloqun nömrəsi asılıb. Lakin buna baxmayaraq, Yaponiya intihar edənlərin sayına görə ön sıralardadır.

Naməlum uçan obyektlərin göründüyü meşə

Rumıniyanın Xoyya - Baçu meşəsi paranormal ərazi kimi tanınır. Yerli sakinlər meşədə dəfələrlə naməlum uçan obyekt görüb, səslər eşidib və qəribə fiqurlu varlıqlara rast gəlib. İnsanlar buranı Bermud üçbucağı adlandırır və ərazidən mümkün qədər uzaq olmağa çalışır. Çünki meşəyə girən insanlar başağrısı, bagicəllənməsi, ürəkbulanma hiss edir.

Meşə haqqında isə əfsanələr gəzir: Guya burada 200 baş qoyunla çoban itib, bir qadın yaddaşını itirib, 5 yaşlı qız isə yoxa çıxaraq bir də 5 ildən sonra peyda olub, lakin o, elə 5 yaşındakı kimi qalıb.

Ruhların çığırdığı meşə

İngiltərənin Kent qraflığında yerləşən Plakli kəndində "Çığıran meşə" adlı yer var. Əfsanəyə görə, XVIII əsrdə yerli sakinlər bu meşədə qulduru qətlə yetirib. O vaxtdan etibarən də, onun ruhu yerli sakinlərdən intiqam almağa çalışır. Bundan əlavə, meşədə başqa ölülərin də ruhu gəzişir. Bura meşədə özünü asan polkovnik və alim də daxildir. Yerli sakinlərin iddiasına görə, hər səhər meşədə qışqırıq səsləri gəlir.

Lənətlənmiş meşə

ABŞ - ın Vermont ştatında pis ad çıxarmış meşə yerləşir. Bu meşədə insanlar yoxa çıxır. Bundan əlavə, meşə qəribə səslər, qeyri-adi atmosfer hadisəsi və bu vaxta kimi rast gəlinməyən heyvanların yaşaması ilə də məşhurdur. Yerli sakinlərin dediklərinə görə, bu meşə hələ hinduların zamanından bəri lənətlənmiş yer olub. Hətta, onlar belə bu meşədən uzaq olmağa çalışıb.

XIX əsrin sonlarında yazılmış folklorda meşə haqqında əfsanələr yer alıb. 1945 - 1950- ci illərdə meşədə 20 - dan çox insan itkin düşüb. İtənlərin sırasında meşəni yaxşı tanıyan 74 yaşlı ovçu və balıqçı da olub. İtənlərdən yalnız birinin cəsədini 7 aydan sonra tapmaq olub. Digərləri isə indiyədək tapılmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm