Dünyanın ən gözəl tuneli – FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gözəl tuneli – FOTO

Norveçin Laerdal bölgəsindəki tunel dünyanın ən maraqlı yerlərindən biri hesab olunur.

Publika.az-ın məlumatına görə, tunelin uzunluğu 24,5 kilometrdir. Dünyada bənzəri olmayan bu tuneli qət etmək təxminən 20 dəqiqəyə mümkündür.

Qaranlıq tuneldə sürücülərin diqqətinin dağılmasının qarşısını almaq üçün də işlər görülür. Tunelin içərisi mavi rənglə işıqlandırılıb. Buna səbəb isə sürücülərin yuxuya getməsinin qarşısını almaqdır. Belə ki, mavi işıq insanın fikrinin dağılmasına mane olur.

Eyni zamanda, tunelin işıqlandırılması insanların tunelin bir sonu olduğuna inandıracak şəkildə təchiz edilib. Bununla yanaşı, tüneldə bir sıra döngələr qoyulub ki, bu da sürücülərə yolu qəzasız-bəlasız keçməyə kömək edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm