Gəlin üzərinə taxılan qızılları daşıya bilmədi - VİDEO
Bizi izləyin

Bilgi.az

Gəlin üzərinə taxılan qızılları daşıya bilmədi - VİDEO

Çində bir toyda gəlinə taxılan qızıllar insanları şoka salıb.


Ərəb ölkələrində görməyə öyrəşdiyimiz qızıl taxma adəti Çində də geniş vüsət alıb.

Xüsusilə Çinin varlı ailələri var-dövlətini göstərə bilmək üçün belə addımlar atır. İmkanlı iki ailənin uşaqlarının toy mərasimində gəlinə kilolarla qızıl taxılıb. Gəlinin qoluna ağır və bir o qədər bahalı zinət əşyalarının taxılması görənləri xeyli heyrətləndirib.

Özlərini göstərməyi sevən varlı çinli ailələr gəlinin boynundan iri daş-qaşla bəzədilmiş qızıl boyunbağılar taxıblar. Qollarındakı bilərziklərin çox olması gəlinin hərəkət etməsinə maneə yaradıb.

Qızılların ağırlığı gəlinin oturduğu yerdən ayağa durmasına da çətinlik yaradıb. Bəylə şəkil çəkdirən gəlin bir ara qızılların ağırlığından müvazinətini itirib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm