20 ildən sonra ilk dəfə üzə çıxan nadir varlıq - FOTOLAR
Bizi izləyin

Bilgi.az

20 ildən sonra ilk dəfə üzə çıxan nadir varlıq - FOTOLAR

Ayıya bənzər məməli heyvan düz 20 ildən sonra ilk dəfə olaraq Çində üzə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İli Pika adlı dovşankimilər nəslindən olan heyvanın yer üzündə sayı 1000-dən aşağıdır. 1983-cü ildə bu nadir heyvanlar aşkar edildikdən sonra onların nəsli 70 faizə kimi azalıb.

Nəsli kəsilmək üzrə olan heyvan təkcə Çinin şimal-qərbində yerləşən Tiyan-şan dağında rast gəlinir. Bununla belə, onların sayı pandaların sayından da aşağı düşərək kəsilmək üzrədir.

1983-cü ildə İli Pika tapılarkən onların sayı təxminən 2900 olub. Sayları kəskin şəkildə aşağı düşdükdən sonra onlar 20 il ərzində gözə dəyməyib.

Ayıya bənzər nadir heyvan haqqında az məlumatlar əldə edilib. Onların nəslinin kəsilməsinə qlobal istiliyin təsir etməsi güman edilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm