Dünyanın ən yaxşı dayısı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaxşı dayısı - FOTOLAR

Detroyt ştatının sakini 26 yaşlı kişinin bacısı uşağı üçün etdiyi yaxşılıq internetdə müzakirə obyektinə çevrilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, idmançı bədənli və tatulu kişi görkəminin əksinə olaraq şahzadə qız geyimində çəkilmiş fotoları internetdə yayımlanıb. Hamını bir sual maraqlandırırdı: nəyə görə kişi şahzadə geyimindədir?

İş ondadır ki, Neqinin 4 yaşlı bacısı qızı İzzi uşaqlar üçün təşkil olunmuş təbdirlərin birinə şahzadə kostyumunda çıxamlı idi. Lakin uşaq həmin kostyumu geyinməyə utanıb. Bacısı qızına ürək-dirək vermək üçün Neqi yoldaşlarının birindən öz ölçüsünə uyğun olan şahzadə qız kostyumunu alıb.

Nəticədə, Neqi bacısı qızına dəstək olaraq onunla eyni kostyumda teatra gedib. Dayı uşağa görə heç nədən utanmayaraq insanların onunla şəkil çəkdirməsinə də izin verib. Onun fotoları internetdə hit vurub və milyon dəfə baxış olub.

O, öz hərəkətini belə izah edib: "Bacım qızı onun üçün nəzərdə tutlmuş şahzadə kostyumunu geyinməyə utanırdı. Mən dayı olaraq ona dəstək olmaq qərarına gəldim".

Minlərlə internet istifadəçisi Neqinin hərəkətini alqışlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm