2015-ci ilin ən nüfuzlu qadınlarının adı açıqlandı
Bizi izləyin

Bilgi.az

2015-ci ilin ən nüfuzlu qadınlarının adı açıqlandı

"AskMen" saytı 2015-ci ilin ən nüfuzlu qadınlarının adını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, reytinqə Hollivud aktrisası Emma Uotson başçılıq edib. O, Harri Potter filminin ulduzu və BMT-nin sülhməramlı səfiridir.

Ümumiyyətlə, reytinqə 99 qadın daxil olub. Onların arasında aktrisa, idmançı, alim və biznesmen qadınlar da var. Sorğu internet yolu ilə kişilər arasında aparlıb. Kişilərin qarşısına belə bir sual qoyulub: "Hansı qadın sizin həyatınıza güclü təsir edir?"

Kişilərin səsverməsi nəticəsində Ronda Rouzi (qarışıq döyüşlər üzrə idmançı), Telor Svift (müğənni), Beyons (müğənni), Elizabet Holms ("Theranos" şirkətinin rəhbəri, dünyada ən gənc qadın cinsli milyarder), Amal Kluni (hüquq müdafiəçisi), Cennifer Lourens (aktrisa) siyahıya daxil olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm