26 ildən sonra ilk dəfə yeriməyə başlayan qadın - FOTOLAR
Bizi izləyin

Bilgi.az

26 ildən sonra ilk dəfə yeriməyə başlayan qadın - FOTOLAR

Çen Tuanzi ayaq qüsuru ilə dünyaya gəlib. 26 il çinli qız anadangəlmə qüsura görə, heç vaxt yeriyə bilməyib. Nadir xəstəlik nəticəsində Çenin dizləri formasını tamamilə dəyişərək arxaya doğru gedib. Onun bu qüsuruna görə, heç zaman ayağa dura bilməyəcəyi deyilsə də, Çen 26 ildən sonra ilk dəfə yeriyə bilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çen kasıb ailədə doğulduğu üçün müalicəyə pulu olmayıb. 26 yaşlı qız bu vaxta qədər əllərinin köməkliyi ilə bədənini sürüyərək yeriməli olub.

Onun belə qüsuruna görə, kənd sakinləri Çenə "sürünən qız" adını da qoyub. Lakin Çenin xəstəliyi mediada işıqlandırıldıqdan sonra yerli sakinlər ona dəstək çıxaraq pul toplayıb. Kifayət qədər pul toplandıqdan sonra qız müalicə üçün Tayvana yola salınıb.

Çen Tayvanda müalicə alana qədər tez-tez insanların tənqidinə məruz qalıb. Bütün bunlara baxmayaraq, Çen yerli məktəbdə oxuyaraq kollecə də daxil olub. Çen ilk dəfə ayaq açıb yeriməsi üçün Tayvanda 7 əməliyyat keçirib və 10 ay müddətində müalicə almalı olub. O deyib: "Sözün düzü, ağlıma heç vaxt gəlməzdi ki, nə vaxtsa bütün insanlar kimi ayağa durub yeriyə biləcəm. Hər şey sanki yuxu kimidir. İndi mən insanlarla ayaq üstdə dayanaraq ünsiyyət qura bilirəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm