Bu eynəklər xərçəng hüceyrələrini görməyə imkan verəcək - VİDEO
Bizi izləyin

Bilgi.az

Bu eynəklər xərçəng hüceyrələrini görməyə imkan verəcək - VİDEO

Sağlamlığa ziyan yetirmədən xərçəng hüceyrəsinin tapılması və uzaqlaşdırılması cərrahlar üçün ən çətin əməliyyatlardan biri hesab olunur. Elə buna görə də, Vaşinqton universitetinin biomühəndisləri bir hüceyrəni digərindən fərqləndirməyə imkan verən eynək hazırlayırlar.

Bu eynək xərçəng hüceyrələrini göy rəngdə göstərəcək və həkimlər asanlıqla onu sağlam hüceyrədən ayırd edə biləcək.

Yeni tibbi avadanlıq haqqında məqalə “Journal of Biomedical Optics” jurnalının yeni buraxılışında dərc olunub.

Aşağıdakı videoda həkim qadının döşündəki xərçəng şişini götürür. Tünd göy rəng xərçəng hüceyrələrinin yaranmağa başladığını göstərir, mavi rəng isə hüceyrələrin artıq xərçəng hüceyrələrinin yarandığını göstərir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm