Autizm xəstəsinin bacarığı hamını təəccübləndirdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Autizm xəstəsinin bacarığı hamını təəccübləndirdi - FOTOLAR

Nyu-York şəhərində yaşayan 11 yaşlı autizmli oğlanın hərəkəti hamını təəccübləndirib. Onun bacarığı hətta internetdə müzakirə obyektinə çevrilib. Belə ki, 11 yaşlı oğlan güclü yaddaşının köməkliyi ilə dünya xəritəsini dəqiqliyi ilə çəkib.

Publika.az az xarici mətbuata istinadən xəbər verir ki, oğlanın anası universitet professorudur. Uşaq anasının mühazirələrinin birində iştirak edib. Elə dərs zamanı o ayağa qalxaraq lövhəyə yaxınlaşıb və dünya ölkələrini sərhədlərini də göstərməklə xəritəni çəkməyə başlayıb. Dərsdə oturan tələbələr uşağın hərəkətindən o qədər təəccüblənib ki, hətta telefonla şəklini də çəkməyə başlayıblar.

Maraqlısı odur ki, uşaq ölkələrin sərhədlərini dəqiqliklə çəkməklə yanaşı, hətta Arktik Qütbünü də düzgün çəkə bilib. Yaddaşının gücü ilə çəkdiyi şəkil onu sübut edir ki, autizmli uşaqlar hər hansı bir qabiliyyətdən məhrum olsa da, digər bacarıqları daha yaxşı işləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm