Bilgi.az
Delfinlərlə akulaların müharibəsi - FOTOLAR
Okean və dənizlərin ən təhlükəli yırtıcısı təbii ki, akulalardır. İrili-xırdalı yüzlərlə növü var. İti dişləri ilə ətrafı qorxuya salan, ovunu parçalayan akulaların da qorxduğu heyvan var - delfin.
Vəhşi təbiətdə delfinlər akulaların bir nömrəli düşməni sayılır. Çəkisinin böyüklüyünə, qabaritinə görə delfinlərdən böyük olan akulalar onlardan qorxur. Bəs səbəb nədir?
Publika.az delfinlər haqda maraqlı məlumatları oxuculara təqdim edir.
Ölümcül zərbə
Okeanlardakı canlı aləmi izləyən mütəxəssislər dəfələrlə müşahidə ediblər ki, akulalar delfin sürüsünü görən kimi qaçıb canlarını qurtarmağa çalışırlar. Məsələ bundadır ki, delfinlər sürü halında yaşayır, həm də müəyyən şüura malikdirlər. Onlar insanlara hücum etmir. Əksinə, akulaların hücumuna məruz qalan insanları qoruyurlar.
Delfinlər həm yaxşı müdafiə, həm də hücum edə bilirlər. Əgər akula aqressivdirsə, dərhal ona qarşı hücuma keçirlər. Akulaların qarın nahiyəsi nisbətən zərif olur. Odur ki, delfinlər sürətlə üzərək burunları ilə akulanın qarın hissəsinə zərbə endirirlər. Əksər hallarda belə zərbə akula üçün ölümcül olur. Delfinlər akula tam məhv olanadək ona zərbə endirirlər. Odur ki, nə iti dişləri, nə çəkisi akulalara delfinlərə qalib gəlməyə imkan verir.
Okean mələkləri
Akula və delfinlərin müharibəsi Yeni Zellandiya və Avstraliya sahillərində daha çox müşahidə olunur. Əgər insanlar akulanın hücumuna məruz qalırsa, delfinlər dərhal köməyə gəlir.
Yeni Zellandiya sahillərində bir neçə il qabaq maraqlı hadisə baş vermişdi. 4 üzgüçü akulaların yaxınlaşdığını görmüşdü. Sahilə qədər məsafə uzaq olduğundan xilas olmağa şans yox idi. Qəfildən onların yanında delfin sürüsü peyda oldu. Onlar üşgüçüləri üzük kimi əhatəyə aldılar və akulaları onlara yaxınlaşmağa qoymadılar. Düz sahilə çatanadək onları qorudular.
İlqar
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov