ŞOK: 675 min dollar xırda pul aeroportda unudulub
Bizi izləyin

Bilgi.az

ŞOK: 675 min dollar xırda pul aeroportda unudulub

Sərnişinlər bir il ərzində Nyu-York şəhərindəki Con Kennedi, La Quardi adlarında və Nyu-Cersi ştatında yerləşən Nyuark beynəlxalq aeroportlarında 76 min dollar xırda pul unudublar.

Publika.az-ın məlumatına görə, pullar əsasən sərnişinlərin uçuşqabağı yoxlama məntəqəsində metalaxtaran cihazdan keçən zaman yaddan çıxıb qalanlardı.

Nəqliyyatda təhlükəsizlik idarəsinin məlumatına əsasən, 2014-cü ildə ABŞ-ın bütün hava limanlarında unudulan pulların ümumi məbləği 675 min dollardan çox olub. Onların arasında Kennedi aeroportu rekord müəyyənləşdirib. Burada 42,5 min dollar vəsait yaddan çıxıb. Siyahıda ikinci yerdi 41,5 min dollarla Los Anceles hava limanı tutub.

Qeyd edək ki, 2005-ci ildə Konqres nəqliyyatda təhlükəsizlik idarəsinə sərnişinlər tərəfindən unudulmuş bütün vəsaiti təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə sərf etməyə icazə verib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm