65 yaşında dördəm dünyaya gətirəcək - FOTOLAR
Bizi izləyin

Bilgi.az

65 yaşında dördəm dünyaya gətirəcək - FOTOLAR

Almaniyada 65 yaşlı Anneqret Raunqk dünyaya dördəm gətirməklə ən yaşlı ana adını alacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məktəbdə müəllimə işləyən qadının dördəmdən başqa 13 uşağı var.

Qadının ən kiçik övladı Leylanın 10 yaşı var. Ən böyük övladı isə 44 yaşındadır. O, uşaqlarını 5 müxtəlif atadan dünyaya gətirib. Qadının həmçinin 7 nəvəsi var.

Anneqret Lylanı dünyaya gətirərkən 55 yaşı vardı. Bununla da o, 10 il bundan əvvəl Almaniya mətbuatına düşə bilmişdi.

Onun hazırkı hamiləliyi də təsadüfi olmayıb. Anneqret donor spermasının köməkliyi ilə hamilə qalıb. Hamilələyinin 21-ci həftəsində isə onun bətnində nə az, nə çox düz 4 ədəd döl müəyyən edilib. Həkimlər döllərin sayını azaltmaq istəsə də, qadın özünü yaxşı hiss etdiyi üçün övladının dördünü də dünyaya gətirmək qərarına gəlib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm