Siqaret pulunu yığıb 4 mərtəbəli ev aldı
Bizi izləyin

Bilgi.az

Siqaret pulunu yığıb 4 mərtəbəli ev aldı

Siqaret pulunu yığıb 4 mərtəbəli ev aldı

Türkiyənin Ordu əyalətinin sakini Ali Elik 23 il boyunca hər gün siqaret pulunu yığaraq 4 mərtəbəli ev almağı bacarıb.

Ayaqqabı boyamaqla məşğul olan Elik ömrü boyu siqaretdən istifadə etməyib. 7 uşaq atasının sözlərinə görə, siqaret çəkəcəyi halda xərcləyəcəyi pulla nələr edə biləcəyini düşünərək belə addım atmağa qərar verib. "Heç vaxt siqaret çəkməmişəm. Hər gün siqaret çəkdiyimi hesab edərək ona xərcləyəcəyim pulu həyat yoldaşıma verdim. İlk yığdığım pulla sığortamı ödəyib təqaüdə çıxdım. Daha sonra isə bu evi ala bildik" - Elik deyib.

interaztv.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm