Özünü kino ulduza oxşatmaq istəyən qatil qadın - Fotolar
Bizi izləyin

Bilgi.az

Özünü kino ulduza oxşatmaq istəyən qatil qadın - Fotolar

Özünü kino ulduza oxşatmaq istəyən qatil qadın-Fotolar

Britaniya polisi 31 yaşlı çoxsaylı qətllər törətmiş qatil Coanna Dennehini yaxalayıb.

O, Böyük Britaniyanın Piterboro şəhərində 10 gün içərisində 3 kişini öldürüb.

Məhkəmədə 40 ildən ömürlük həbs cəzasına qədər məhkum edilmiş Coanna özünü çox sakit apararaq gülümsəyib. O, qeyd edib ki, qurbanlarını əyləncə naminə öldürərdi.

Coanna Dennehi deyib ki, Tarantinonun filmi “Billi öldürmək” filminin qəhrəmanı Uma Turmana və “Terminatordakı o qadına” oxşamaq istəyib.

Coannaın ilk qurbanı 48 yaşlı əri Kevin Li olub. Kevinin birinci izdivacından 2 uşağı qalıb.

O, məhkəmədə 3 kişini öldürdüyünü və 2 nəfəri isə öldürmək niyyətində olduğunu etiraf edib.

Ən maraqlısı odur ki, 2 qız anası olan Coanna məhkəmədə polis işçilərinə gülərək qətlləri yalnız əyləncə üçün törətdiyini deyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm