Çində naməlum heyvan aşkarlandı – FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Çində naməlum heyvan aşkarlandı – FOTO/VİDEO

Çində bu günə kimi elmə məlum olmayan qəribə heyvan aşkar edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sakinlər tərəfindən tutulub dəmir qəfəsə salınan naməlum məxluq onu görənləri heyrətə gətirir.

Heyvan Çinin Şençjen şəhərində tapılıb. Uzun illər azad yaşamış bu qəribə məxluq dəmir qəfəsin barmaqlıqlarını dırnaqları və dişləri ilə kəsərək oradan çıxmağa can atır. Çin mütəxəssislərinin naməlum heyvanla bağlı fikirləri fərqlidir. Bəziləri iddia edir ki, bu heyvan ayı balalarından birinin nadir növlərindədir. Digərləri isə bunun Şençjen şəhərinin mutant heyvanlarından olduğunu düşünürlər.

Qeyd edək ki, nadir məxluqun dırnaqları ərincəyin dırnaqlarına bənzəyir. Lakin tənbəl heyvan sayılan ərincəkdən fərqli olaraq, o, cəld hərəkətlidir.

Videogörüntü də bunu sübut edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm