20 nəfər 6 saat pul saydı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

20 nəfər 6 saat pul saydı - FOTOLAR

Çinli varlı bir qadının 1 milyon yuan dəyərindəki avtomobili nağd satın almaq istəyi avtomobil salonunda çalışan 20 adamın 6 saat pul saymasına səbəb olub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çinin Henan əyalətində yaşayan Ms Li adlı bir iş qadını 1 milyon Yuan dəyərindəki "BMW 730 Li" lüks model avtomobili satın almaq üçün avtomobil salonuna gedib. Almaq istədiyi avtomobilin qiymətinin bir qismini (100 min yuan) nəğd, geri qalan qismini də kredit kartıyla ödəyəcəyini söyləyən bu müştəri daha sonra mağaza işçilərini heyrətə salan 100 min Yuan məbləğində "xarab pul" olaraq xarakterizə edilən kiçik bağlamalarda olan yüz minlərlə kağız pulla ödəniş edib.

Çəkisi 200 kiloqramdan artıq olan bu pulları 20 işçi mikrobdan qorunmaq üçün əlcək və maskanın ​​köməyiylə əlləriylə 6 saata saya biliblər. Ms Li ödənişin geri qalanını isə kredit kartıyla ödəyıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm