Məclis tualetində açıq unudulan mikrofon - VİDEO
Bizi izləyin

Bilgi.az

Məclis tualetində açıq unudulan mikrofon - VİDEO

ABŞ-da bələdiyyə məclisinin iclasında üzvlərin qəhqəhə ilə gülüşməsinə səbəb olan qəribə bir hadisə baş verib.

Hadisə Texas ştatının Corctaun şəhərində qeydə alınıb.

İclas zamanı məclis üzvlərindən biri ayaqyoluna gedir.

Məclis üzvünün ayaqyolunda gördüyü işlərin səsi səsgücləndirici ilə iclas zalına yayılır. Bu, məclis sədrinin və digər üzvlərin gülməsi ilə müşayiət olunur.

Səsgücləndiricidən sifon səsinin gəlməsi isə sədri qəhqəhəyə boğur və o, gülməkdən çıxışını davam etdirə bilmir.

Bütün baş verənlər isə zalda olan jurnalistlər tərəfindən anbaan qeyd edilib.

Heç bir şeydən xəbəri olmayan məclis üzvü zalda qopan qəhqəhə tufanını təəccüblə qarşılayır. (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm