Ağlamaq istəyən qadınlar üçün əla fürsət - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ağlamaq istəyən qadınlar üçün əla fürsət - FOTOLAR

Tokionun Sindzyuki rayonunda yerləşən "Mitsui Garden" otelində qadınlar üçün xüsusi olaraq "ağlamaq otağı" hazırlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, otel rəhbərliyi qonaqların rahatlığı üçün belə bir otaq hazırlayıb.

Otel rəhbərinin verdiyi məlumata görə, belə bir otaq nömrələri xanımların stressini və nakam sevgi iztirablarını aradan qaldıracaq.

"Ağlama otağı"nda qadınların gözlərinin şişməməsi üçün salfetlər qoyulub. Emosiyaları hərəkətə gətirmək və ağlatmaq üçün otağa həmçinin qəmli manqa və filmlər də qoyulub.

"Ağlama otağı"nın bir gecəsi 10 min yen (83 dollar) edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm