İlk vampir qəbirləri tapıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İlk vampir qəbirləri tapıldı – FOTOLAR

Polşanın Qliviç şəhərində vampir qəbirləri tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məzarların XVII-XVIII əsrlərə aid olduğu ehtimal olunur. Arxeoloqlar ümumilikdə 42 insanın sümüklərini aşkar ediblər.

Alimlər bir neçə məzarın vampirlərə aid olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, skeletlərin bir neçəsinin düzülüşü arxeoloqların diqqətini xüsusi olaraq cəlb edib. Məsələ ondadır ki, sümüklərdən bir neçəsi başsızdır. Həmin skeletlərin kəllə sümükləri onların ayaq sümükləri arasındadır. Arxeoloqlar müəyyənləşdiriblər ki, başları ayaqlarının arasında dəfn edilmiş həmin şəxslər vampir olublar. Qədim dövrlərdə hesab edirdilər ki, əgər vampirlər başı kəsilərək dəfn edilsə, onlar bir daha həyata dönə bilməzlər.

Yeri gəlmişkən, arxeoloqlar orta əsrlərdə yaşamış vampirlərin sümüklərini planetimizin digər yerlərində də aşkar ediblər. Belə ki, ötən il Bolqarıstanda da vampir skeletləri aşkarlanmışdı. Onlar xüsusi dəmir qəfəsdə dəfn edilmişdilər. Görünür, vampirlərin dirilərək yenidən həyata qayıtmaları inancı qədim dövrlərdə daha güclü imiş.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm