Donuz mer postuna namizəd oldu - Amerikada bunu da etdilər
Bizi izləyin

Bilgi.az

Donuz mer postuna namizəd oldu - Amerikada bunu da etdilər

ABŞ-ın Miçiqan ştatının Flint şəhərində mer seçkilərində Qiqqlz ləqəbli donuz namizəd olub.

Publika.az "CBS Detroit" nəşrinə istinadən xəbər verir ki, heyvan yerli vəkil Maykl Yuinqanın səyləri sayəsində mer postuna iddiaçıların siyahısına düşüb.

Vəkili belə bir addım atmağa isə namizədlərdən ikisinin vaxtilə cinayət məsuliyyətinə cəlb olunması vadar edib. Onlardan biri qətlə görə ittiham edilib, digəri isə sərxoş vəziyyətdə avtomobil idarə edib. "Fikrimcə, qətlə görə ittiham edilən bir insanın mer seçilməsi Flint üçün kifayət qədər pis siqnaldır", – Yuinqa bildirib.

O qeyd edib ki, Qiqqlz ağıllı və sevimli heyvandır. Artıq donuz-namizədin adına "Facebook"da səhifə yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm