Qadınlara sadəcə baxmaqdan zövq alan dahinin həyatı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadınlara sadəcə baxmaqdan zövq alan dahinin həyatı - FOTOLAR

Salvador Dali haqqında bir çox məlumatlar bəllidir, lakin onlardan əksəriyyəti hələ də naməlum olaraq qalır. Özünüsevən eqoist və özünə aşiq olan rəssam öz-özü haqda çox danışardı, gündəlik tutar, şeir, məqalə, əsərlər yazardı. Bununla belə, bütün bunlar onun həyatının öyrənilməsini daha da mürəkkəbləşdirir. Yalanı həqiqətdən ayırd etmək heç də asan deyil. Salvador Dali öz əlləri ilə özü haqda mif yaratdı.

Beləliklə də, "Publika.az" "Bizim tərcümə" layihəsində dahi rəssamın həyatından olan maraqlı faktları təqdim edir.

Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın Barselona şəhəri yaxınlığında dünyaya gəlib. O, sürrealizm dövrünün ən dahi insanlarından biri hesab olunur.

Salvador adı ispanca "Xilaskar" mənasını daşıyır. Onun atası ilk oğlunu itirdikdən sonra ikinci oğluna bu adı qoydu. İkinci oğul Dali nəslinin davamçısı idi.

"... Mənim dünyaya gəlməyimə 3 il qalmış qardaşım 7 yaşında meninqitdən vəfat etdi. Məyus olan atan və anam mənim dünyaya gəlişimə qədər heç nəylə təskinlik tapa bilmirdi. Mən qardaşımla suyun iki damcısı kimi oxşar idik. Amma biz bəzi psixoloji cəhətlərə görə fərqlənirdik. Onun baxışları da fərqli olub. Qardaşım daha çox melanxolik, uzaqlara baxmağı ilə seçilirdi."

Ailənin üçüncü övladı qız idi və 1908-ci ildə dünyaya gəlib. Anna Mariya Dali qardaşı Salvador Dalinin ən yaxşı uşaqlıq dostu idi. Elə ona görə də, Anna çox sonralar qardaşının rəssamlıq işləri üçün pozalar verirdi. Bundan əlavə, Anna Mariya tamamilə köməksiz və həyatda heç bir işə yaramayan Dali üçün analıq edib. Bu azmış kimi, rəssam Qala Elyuara rast gələnə qədər Mariya onun üçün yeganə qadın modeli idi. Qala rəssamın bacısının yerini tutaraq Salvadorun yeganə qadın modelinə çevrildi. Bu isə, Qala və Anna arasında düşmənçilik münasibətlərinin əsasını qoydu.

Dalinin incəsənətə olan istedadı hələ erkən yaşlardan özünü büruzə verib. O, 4 yaşında ikən şəkil çəkməyə çalışıb. 6 yaşında o, Napoleondan bəhrələnərək onun kimi geyinib və öz üzərində hakimiyyəti hiss edib. Maskarad geyimində Dali öz yaşından daha da böyük görünüb.

"...Evdə mən hakimlik edib əmrlər verirdim. Mənim üçün mümkün olmayan heç nə yox idi. Atam və anam az qala mənə dua edərdilər. Ad günümdə saysız hesabsız hədiyyələr aldım. Onların arasında qızıl və qiymətli daşlardan tac və dağ bülluru ilə bəzədilmiş kral qiyafəsi vardı. Bu libas (maskarad geyimi) qiymətli əşya kimi uzun müddət qorunub saxlandı".

Salvador Dali ilk şəklini 10 yaşında ikən çəkib. Bu, taxta lövhə üzərində çəkilmiş kiçik impressionist peyzaj idi. Dahinin istedadı artıq özünü göstərirdi. O, günlərlə onun üçün xüsusi ayrılmış otaqda əyləşib şəkillər çəkirdi.

"... Mən nə istədiyini bilirdim: istəyirdim ki, evimizin üstündə yerləşən camaşırxananı mənə versinlər. Və məni çamaşırxanaya göndərdilər. Oranı öz zövqümə uyğun emalatxanaya çevirməyə icazə verdilər."

Salvadorun rəsm işlərinin çoxusu peyzajlar və Roma xarabalıqlarının təsviri idi. Öz doğma diyarına olan sevgisini bir çox peyzajlarında görmək olar. Salvadorun 14 yaşı olarkən heç kim onun rəssamlıq qabiliyyətinə şübhə etmirdi. Salvador öz dəsti-xəttini axtarana kimi demək olar ki, bir çox üslublarda çəkib. Buraya impressionizm, kubizm və puantilizm aiddir. "O, ehtirasla və məşuq kimi acgözlüklə çəkirdi"- Salvador Dali özü haqqında üçüncü şəxsin dilindən deyib.

Salvador 16 yaşında olarkən öz fikirlərini asanlıqla vərəq üzərinə köçürməyi bacarıb. Bundan sonra, onun həyatında incəsənət və ədəbiyyat düzgün hissələrə bölüşdürüldü. 1921-ci ildə 17 yaşında ikən Salvador Madriddə yerləşən təsviri incəsənət akademiyasının tələbəsi olub.

"... Tezliklə Akademiyanın məşqlərinə yazıldım. Və bu mənim bütün vaxtımı alırdı. Mən nə küçədə dayanıb çərnləyirdim, nə kinoya gedirdim nə də, dostlarıma baş çəkirdim. Tənhalıqda işləmək üçün dərsdən gələn kimi otağıma qapılırdım. Bazar günləri isə Prado muzeyinə gedib rəsm kataloqlarına baxırdım. Tələbə yataqxanasından akademiyaya getmək üçün 1 peseta lazım idi. Elə olurdu ki, 1 peseta mənim bütün büdcəmi təşkil edirdi. Pula qənaət etmək üçün yolu piyada gedirdim. Atam mənim avaralanmamaq və vaxtımı boş-boşuna sərf etməməyim üçün az pul verirdi."

1923-cü ildən etibarən Salvador Dali otağına qapılaraq təcrübələrini kubizm cərəyanı üzərində davam etdirməyə başladı. Dostlarından biri təsadüfən onun əl işini gördü. Bundan sonra, Dalinin avtoriteti birdən birə qalxdı və o, gənc ispan ziyalıları qrupunda liderə çevrildi.

1926-cı ildə Salvador Dali Akademiyadan qovulub. Deyilənə görə, dərslərin birində Dali müəlliminin sənət əsərini bəyənməyərək zaldan çıxıb. O, zalı tərk etdikdən sonra otaqda tələbələr iki qrupa ayrılaraq mübahisə etməyə başlayıblar. Baş verən hadisədə Dalini də günahkar çıxararaq həbsxanaya salırlar.

Salvador Dalinin şəxsi həyatı 1929-cu ilə kimi çox da al-əlvan olmayıb. 1929-cü ildən etibarən dahi rəssamın həyatında əsaslı dəyişiklik baş verib. İlk növbədə onu demək lazımdır ki, o, həmin il muzası, köməkçisi, sevgilisi və sonda arvadı olacaq Qala Elyuar ilə tanış oldu. Onlar tanış olarkən Qala ərdə idi. Buna baxmayaraq, Qala və Salvador tez-tez görüşərdi. Qala Salvadoru psixi böhrandan qurtardı və güman ki, qadın əli olmadan Salvador heç zaman məşhur rəssam ola bilməzdi. Qala dahi rəssamın xilaskarı və ilham pərisi idi.

"...Mən dənizə tərəf açılan pəncərəyə yaxınlaşdım. O, artıq orada idi. O, kimdir? Qala. Bu o idi! Mən onu çılpaq kürəyindən tanıdım. Kürəyi uşaq dərisi kimi zərif idi. Çiyinləri dairəvi, ombalarının əzələsi, bədəni yeniyetmələrinki kimi idi. Uzun qamət və hamar ombaları onu daha da sevimli edirdi".

Ata oğlunun Qala Elyuar ilə münasibətlərini alqışlamırdı və Salvadorun evə gəlməyinə qadağa qoydu. Salvadorun hekayələrinə əsasən, o, məyus olaraq saçlarını qırxdı və sevimli diyarında torpağa basdırdı.

1934-cü ildə Qala ərindən boşandı və Dalinin onunla ailə qurması üçün heç bir əngəl qalmadı. Dali 1965-ci ildə model kimi çalışan 20 yaşlı Amanda Lir ilə tanış oldu.

Tanışlıqlarından bir neçə həftə sonra Dali ona dedi: "Bundan sonra biz hər zaman bir yerdə olacağıq". Növbəti 8 il ərzində onlar həqiqətən də, ayrılmaz insanlara çevrildilər. Bundan əlavə, onların ittifaqını Qala özü də dəstəkləyirdi. Qala ərini gənc və qayğıkeş qıza ötürmüşdü. Çünki Qala bilirdi ki, əri Amandaya görə onu atmayacaq. Amanda və Salvador arasında heç bir intim münasibətlər olmayıb. Dali sadəcə olaraq ona saatlarla baxmaqla həzz alırdı. Bədən toxunuşu Salvador üçün iyrənc gəlirdi. O, daha çox vizual erotikanın tərəfdarı olub. Amanda soyunanda və ya çiməndə dahi rəssam onu saatlarla müşayiət edirdi. Ona görə də, Dali və Lir mehmanxanaya gedərkən ikinəfərlik vanna sifariş verərdilər.

Amanda Dalinin kölgəsindən çıxıb şəxsi karyerası ilə məşğul olmaq istəyənə qədər hər şey öz qaydası üzrə gedirdi. Beləcə, onların sevgi-dostluq ittifaqı iflasa uğradı.

Sabahı gün Qala Amandaya zəng edərək onunla görüşmək istədiyini dedi. Amanda onun evinə gələrkən stolun üstündə açılmış İncil kitabını gördü. "İncilə and iç ki, mən öldükdən sonra sən Daliyə ərə gedəcəksən. Mən onu baxımsız qoymaq istəmirəm"-84 yaşlı Qala dedi. Amanda fikirləşmədən and içdi. Lakin hadisədən 1 il sonra o, Allen Filipp Malanyaka ərə getdi. Qala ömrünün sonuna kimi Amandayla danışmadı.

Qalanın ölümündən sonra Dali sanki ağlını itirdi. Həkimlər ona Parkinson xəstəliyi diaqnozu qoydu. Vaxtı ikən bu xəstəlik Dalinin atasını da məhv etmişdi. Salvador Dali 1989-cu il yanvarın 23-də 84 yaşında vəfat edib.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm