100 milyon il yaşı olan yırtıcı tarakan tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

100 milyon il yaşı olan yırtıcı tarakan tapıldı - FOTO

Arxeoloqlar Yerin uzunömürlülərindən sayılan tarakanların 100 milyon il əvvəl yaşamış növünü tapıblar.

Myanmada tapılan tarakanın bu növü artıq mövcud deyil. İndikilərin əcdadı sayılan bu yırtıcı tarakanlar darvinistlərin iddia etdikləri təkamül dövrünün rəqabətinə tab gətirə bilməyiblər. Hərçənd onlar çox mükəmməl quruluşa malik olublar. Müasir növündən fərqli olaraq, bu tarakanların bir neçə əlavə gözü, yaxşı dönə bilən başı, güclü çənəsi, uzun pəncələri, hətta qanadları olub. Onlar qidalanmaq üçün əsasən gecələr, hətta özlərindən böyük həşəratlara hücum ediblər.

Sonradan kəhrəbaya çevrilmiş qatrana ilişib qalan vəhşi tarakanı slovakiyalı, Bratislava Geologiya İnstitutunda Piter Vrşanski və onun alman həmkarı, Ştutqart Milli Tarix Dövlət Muzeyindən Günter Beçli tədqiq ediblər. Alimlər əmindirlər ki, bu tarakan dinozavrlarla bir vaxtda, 100 milyon il bundan əvvəl yaşayıb./trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm