Səudiyyə Ərəbistanı cəllad axtarır
Bizi izləyin

Bilgi.az

Səudiyyə Ərəbistanı cəllad axtarır

Səudiyyə Ərəbistanında 8 cəllad yeri üçün vakansiya açılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, vakansiya elanı internet portallarının birində yerləşdirilib.

İşçilərdən xüsusi bir bacarıq tələb olunmur. Elanda bildirilir ki, cəlladın öhdəliyi ölüm cəzalarını yerinə yetirmək və bəzi inzibati pozuntulara görə məhkumun bədən üzvlərini kəsməkdən ibarətdir. Vakansiya "dini funksiyaçılar" kateqoriyasına aiddir və dövlət işçilərinin qazandığı məbləğdə maaş alacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ölüm cəzalarının tətbiqinə görə Çin və İrandan geri qalır.

Siyahının dördüncü pilləsində İraq, beşinci yerində isə ABŞ-dır. Yanvar ayından may ayına kimi Səudiyyə Ərəbistanında 85 insan edam edilib. Edam edilən məhkumların çoxu narkotik cinayətlərində ittiham olunur. Edam edilənlər arasında Səudiyyə Ərəbistanı vətəndaşları ilə yanaşı, yəmənli, suriyalı, indoneziyalı, pakistanlılar da var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm