Ərəb şahzadəsinin Azərbaycan macərası - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ərəb şahzadəsinin Azərbaycan macərası - FOTOLAR

Bir müddət öncə Azərbaycana gəzintiyə gəlmiş ərəb şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakı gəzintisi ilə bağlı yeni fotolarını yayımlayıb.

ANS PRESS-in məlumatına görə, 28 yaşlı şeyx Azərbaycan səfəri zamanı baş çəkdiyi yerlərin fotolarını öz rəsmi Facebook səhifəsindən paylaşıb.

Fotolardan görünür ki, şahzadə Bakının gəzməli yerlərində olub, Fəvvarələr meydanında, Dagüstü Parkda, Qız Qalasında şəkillər çəkdirib.

Onun Azərbaycanda ov etdiyi də bildirilir.













Bir neçə dostu ilə ölkəmizə səfər etmiş Dubay şahzadəsi Azərbaycanın turizm bölgələrində də olub. Mil-Muğanda ov edən Həmdan Qəbələ və İsmayıllıda istirahət edib.











Helikopterin və bahalı avtomobillərin müşayət etdiyi şahzadə dostları ilə əyləncəli vaxt keçirib.













Qeyd edək ki, Həmdan bin Məhəmməd bin Rəşid şeyx Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubayın şahzadəsidir. O, hazırda Dubay İcraiyyə şurasının sədridir. Həmdan Senderherst hərbi akademiyasını və London iqtisadiyyat məktəbini bitirib. Gənc şeyx boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Ərəb şahzadəsi Həmdanın sərvəti 18 milyard dollara bərabərdir.































Oxumağa davam et
Reklam
Reklam

Gündəm