Hitlerin gizli anbarı tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Hitlerin gizli anbarı tapıldı - FOTO

Almaniyada kiçik restoran sahibi olan Silvio Ştelçer Saksoniyada Hitlerin gizli zirzəmisini tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, zirzəmidə Adolf Hitlerin göstərişi ilə 1944-cü ildə gizlədilmiş konyak və delikateslər tapılıb.

Ştelçerin sözlərinə görə, gizli zirzəmidə konyakdan əlavə şampan, pendir, peçenye, konservalar, kolbasa, şokolad və siqaret də olub. Onlar Berlindən 160 kilometrliyində yerləşən Moriçburqun parkında dərində qazılmış 6 zirzəmidə saxlanılıb.

Zirzəmini aşkar edən şəxsin sözlərinə görə, müharibədən sonra fürerin gizlətdiyi bütün ehtiyatı qırmızı ordu daşısa da, bu anbarı tapmayıblar.

Qeyd edək ki, Ştelçer həmin ərazini 2007-ci ildə satın alıb və zirzəmi haqqında ərazinin əvvəlki sahibindən öyrənib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm